Təhsil materiallarının komplekti – “Yaşıl Paket” orta məktəbin müəllimlər və şagirdlər ücün tədbiq olunmuşdur. Eyni zamanda vəssauıt orta hüsisələşdirilmiş və mütəhisləştirilmiş təhsil müəsisələrdə iatifadə etmak olar.
Təbiət və cəmiyyət arasındakı qarşılıqlı münasibətlərlə əlaqədar geniş əhatəli məsələlər üzrə məşğələlər aparılması üçün didaktik materiallara(vəsait, videokassetlər, CD-ROM, oyun komplekti) malikdir.
Ümumtəhsil və xüsusi məktəblərin müəllimləri, eləcə də əlavə təhsil üzrə müəllimlər üçün nəzərdə tutulubdur.
2005-ci ildə BMT davamlı inkişafın maraqları naminə təhsil onilliyi elan etdi. BMT-nin Avropa İqtisadi Komissiyası bu təşəbbüsü dəstəkləmək üçün bütün ölkələrə təhsil sisteminə davamlı inkişaf mövzusunu inteqrasiya etməsi çağırışı ilə regional strategiya hazırladı. Strategiyada qeyd edilir ki, regionun bütün ölkələri davamlı inkişaf təhsilini(DİT) keyfiyyətli, əlverişli metod və materiallarla, eləcə də donorlar tərəfindən lazımi maliyyə dəstəyi ilə təmin etməli və öz resursları olmayan ölkələrə isə yardım etməlidirlər.
“Yaşıl paket” müəllimlərə şagirdlərin ətraf mühitin qorunması və cəmiyyətin inkişafı sahəsindəki mürəkkəb problemləri öyrətməsinə yardımçı olacaq yeni və yoxlanılmış material və metodların komplektini təklif edir. “Yaşıl paket”in başlıca məqsədi bu problemlərin mahiyyətini müəllim və uşaqlara bütün - ümumplanet, Avropa və yerli səviyyələrdə izah etməkdən ibarətdir. Biz, bizim hər birimizin ətraf mühitdə təkrarolunmaz “yerimiz” olmasını və fəaliyyətimizin ətraf mühitə necə təsir etməsini asan vasitələrlə nümayiş etdirməyi məqsəd kimi qarşımıza qoyuruq. “Yaşıl paket” – bütün bunların müəllim və şagirdlərin yaxşı başa düşməsi və dərk etməsi üçün alətdir.