DAVAMLI İNKİŞAF CƏMİYYƏTİ İ.B.
 
Fikrəd Cəfərov
 
  Azərbaycan, AZ1004, Bakı,
 
  Nefçilər pr., 61, 24/25
 
    Tel.:    (994 12) 492-78 56
 
  Fax:     (994 12) 492-78 26
 
  Mob.:  (994 55) 790-67 88
 
   E-mail: fjafarov@sdpu.az
Davamlı İnkişaf
 

Görkəmli fikir sahiblərinin çoxu elə bil ona inanırlar ki, bəşəriyyət qaçılmaz iqtisadi və texniki tərəqqi mərhələsindədir. Qabaqcıl texnologiyaların inkişafını dəstəkləyən gələcəyə olan bu baxış kütləvi informasiya vasitələrində də üstünlük təşkil edir. O, insan haqqında yeni inkişaf konsepsiyasını ifadə edir ki, o da hazırda cəmiyyətin təbiətdən asılı olmamasını ozündə əks etdirir.

Hər evdə kompüterin olması, eyni zamanda planetdə olan bitki və heyvan növlərinin yarısının artıq yoxa çıxması faktlarını iqtisadiyyatın uğurları kimi qəbul etmək çox çətindir.

 

Uzunmüddətli stabillik

XXI əsrin əvvəlində yüksələn tələbatın iqtisadiyyatın indiki vəziyyətində dünya əhalisinin sayının durmadan artması şəraitində ödənilməsinin sadəcə mümkün olmaması aydın oldu.

Avtomobil nəqliyyatında bərk yanacaqdan istifadəyə və külli miqdarda tullantı yaradılmasına əsaslanan, eləcə də bəşəriyyətin bir hissəsinin həyat səviyyəsinin kəskin yüksəlməsinə gətirib çıxaran Qərbin iqtisadi modeli hazırda böhran vəziyyətindədir.

Əgər bu model qloballaşarsa və BMT-nin proqnozlarına müvafiq olaraq Yer kürəsinin əhalisinin sayı XXI əsrin ortalarında 10 milyarda çatarsa, onda nəticələr tükürpədici olacaqdır.

Əgər, məsələn, 2050-ci ildə hər iki adama bu gün ABŞ-da olduğu kimi bir maşın düşərsə, onda avtomobillərin sayı 5 milyarda çatacaqdır. Yol hərəkətinin həddindən artıq gərginliyini, yanacaq və materialların sərfini, eləcə də bu gün mövcud olan 500 milyon maşın üçün əlavə yerlərin tələb olunmasını nəzərə alsaq, onda dünyanın avtoparklarında 5 milyard avtomaşın olanda, nələrin baş verəcəyini təsəvvür etmək çox çətin olacaqdır.

Əgər neftdən istifadənin adambaşına düşən miqdarı ABŞ-dakı indiki səviyyəyə çatarsa, onda dünya üzrə gündə 360 mln. barel neft istifadə olunacaqdır. Müqayisə üçün qeyd edək ki, hazırda gündə 67 mln. barel neft istehsal edilir.

Əgər Amerika tərzli qidalanmaya əməl olunarsa, onda 10 milyard əhali üçün ildə 9 milyard ton taxıl lazım olacaqdır. Taxıl istehsalının bugünkü səviyyəsini bu qədər məhsul istehsalına çatdırmaq üçün bizim planet kimi daha 4-ü lazımdır.

İqtisadiyyat yalnız davamlığın aşağıdakı prinsiplərinə cavab verəcəyi hallarda ekoloji ola bilər:

• Ovlanan balıqların miqdarı ov yerlərdəki davamlı istehsaldan yüksək olmamalıdır;

• Çıxarılan yeraltı suların miqdarı həmin rayonda suyun bərpa olunan imkanlarından yüksək olmamalıdır;

• Torpaq eroziyasının səviyyəsi yeni torpaq əmələ gəlməsi prosesindən yüksək olmamalıdır;

• Kəsilən ağacların sayı yeni əkilənlərin sayından yüksək olmamalıdır;

• Karbon tullantılarının buraxılan miqdarı təbiətin atmosferdə olan karbon qazını istifadə etdiyi miqdarından yüksək olmamalıdır;

• Davamlı inkişaf yenilərinin əmələ gəlməsini qabaqlayaraq bitki və heyvan növlərini məhv edə bilməz.

Yeni iqtisadi modelin əsasında yeni prinsip dayanır. Onun mahiyyəti əvvəllər təbii ehtiyatların tükənməsi baş verən bərpa olunan enerji mənbələrindən istifadəyə, materialların təkrar istifadəsinə və yenidən emalına keçiddən ibarətdir. Bu modelin mərkəzində günəş enerjisinin, velosipedlərin və dəmir yolu nəqliyyatının istifadəsi dayanır. Bu, enerjinin, suyun, torpağın və xammalın kifayət qədər effektli və səmərəli istifadəsinə əsaslanan yeni iqtisadiyyatdır.

XXI əsrin gündəliyi:

179 ölkənin dövlət və hökumət başçısının, bir çox beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə 1992-ci ildə Rio-de-Janeyro şəhərində keçirilən BMT-nin ətraf mühit və inkişaf problemləri üzrə Konfransı müstəsna əhəmiyyətli hadisədir. Bu konfrans artıq bəşəriyyətin ətraf mühitin mühafizəsi problemi ilə sosial-iqtisadi inkişaf prosesinə iki ayrı sahə kimi baxmadığını nümayiş etdirdi. Bununla əlaqədar olaraq Konfransda növbəti 100 il üçün fəaliyyət planı qəbul edildi ki, bu da “XXI əsrin Gündəliyi” adı ilə tanınır. Bu sənəd qlobal miqyasda iki əsas məqsədə nail olmağın yollarını göstərir: bütün dünya ölkələrində yüksək keyfiyyətli ətraf mühit və stabil iqtisadiyyat. Bununla da “XXI əsrin Gündəliyi” bəşəriyyətin davamlı inkişaf konsepsiyasının cizgilərini müəyyən edən, gələcək siyasəti müəyyənləşdirən əsas prinsiplər, indiki və gələcək cəmiyyətin inkişaf planındakı qərarlara malik olan tarixə çevrildi.

 

Davamlı inkişafın əsas prinsipləri:

1992-ci ildə Rio-de-Janeyroda qəbul edilmiş ətraf mühit və davamlı inkişaf üzrə Deklarasiya

• Bütün insanlar təbiətlə harmoniya təşkil edən sağlam və məhsuldar həyat hüququna malikdir;

• Davamlı inkişafa nail olmaq üçün ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz hissəsi olmalı və ondan ayrı nəzərdə tutulmamalıdır;

• Bugünkü və gələcək nəsillər eyni hüquqa malikdir;

• Hər bir dövlət öz ehtiyatlarından suveren şəkildə istifadə etmək hüququna malikdir və bu fəaliyyətin başqa dövlətin ətraf mühitinə ziyan vurmamasını təmin etməyə görə məsuliyyət daşıyır;

• Çirkləndirici çirklənmə ilə bağlı bütün xərcləri ödəməlidir;

• Təsərrüfat fəaliyyəti ətraf mühitin mühafizəsi sahəsində müdafiə xarakterli tədbirlərlə müşayiət olunmalıdır;

• Dövlətlər ətraf mühitin qorunması ilə bağlı bir-biri ilə əməkdaşlıq etməlidir;

• Həyat səviyyəsi arasındakı fərqi azaltmaq və dünya əhalisinin bir çoxunun tələbatının effektiv ödənilməsi məqsədilə yoxsulluğun aradan qaldırılması davamlı inkişafın zəruri şərtidir;

• Dövlət istehsal və istehlakda köhnə modellərdən istifadəni məhdudlaşdırmalı və ləğv etməli, müvafiq demokrafik siyasəti dəstəkləməlidir;

• Ekoloji məsələlər bütün maraqlı tərəflərin iştirakı ilə həll edilməlidir. Milli səviyyədə hər bir insan ətraf mühitlə bağlı olan müvafiq məlumatı əldə etmək və qərarların qəbulunda iştirak etmək hüququna malik olmalıdır. Ətraf mühitin qorunması bütün sosial qrupların iştirakı ilə həyata keçirilməlidir;

• Dövlət ətraf mühitin qorunması sahəsində qanunvericiliyi effektiv şəkildə hazırlamalı və tətbiq etməlidir;

• Sülh, inkişaf və ətraf mühitin mühafizəsi bir-biri ilə qarşılıqlı münasibətdə olan və ayrılmaz proseslərdir.

 

2002-ci ilin Yohanesburq Sammiti

 

2002-ci ildə Yohanesburqda keçirilən Ümumdünya sammitinə 50.000-dən çox nümayəndə toplanmışdı ki, onların da arasında dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbərləri və təmsilçiləri, eləcə də işgüzar dairələrin nümayəndələri də var idi. Əsas diqqət müasir cəmiyyətin davamlı inkişafına keçid üçün manlələri-yoxsulluğun aradan qaldırılması, xəstəliklərin yayılmasının qarşısını alınması, təbii ehtiyatların ağıllı idarəsi, məsuliyyətli istehsal və istehlak həvəsləndirilməsi, ətraf mühitin mühafizəsi ilə iqtisadi və sosial inkişafı arasındakı balansı saxlamaq məqsədilə qloballaşdırmadan istifadə etməklə aradan qaldırmağın strategiyası və fəaliyyət planının hazırlanmasına yönəlmişdi.

Daha əhatəli məlumat üçün... [u http://www.johannesburgsummit.org]

Gecikdirmədən və effektiv fəaliyyət tələb edən problemlər aşağıdakılardan ibarətdir:

Əhali
XXI əsrin əvvəlində Yer kürəsinin əhalisi 6 milyarda çatıbdır. Proqnozlara görə, 50 ildən sonra bu göstərici 10-11 milyard ətrafında sabitləşəcəkdir. Əhalinin sayının artması ilə bağlı yaranan əsas problemlər içməli suyun və qida məhsulları istehsal etmək üçün işlənilən torpaqların çatışmaması olacaqdır.

Kasıblıq və qeyri-bərabərlik.
Hazırda dünya əhalisinin 25%-inin gündəlik gəliri adambaşına bir dollardan azdır. Qeyri-bərabərlik davamlı inkişaf qarşısında duran əsas manlələrdən biridir. Konfrans 2015-ci ilə kimi dünya miqyasında gəliri 1 dollardan az təşkil edən və xroniki olaraq qida çatışmazlığından əziyyət çəkən əhalinin sayının 2 dəfə azaldılmasını bir vəzifə kimi müəyyənləşdirmişdir.

Ərzaq və kənd təsərrüfatı.
Son 30 ildə ərzaq məhsullarının qiymətinin düşməsi istehlak prosesinin güclənməsinə, dünyanın bir çox regionlarında kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrinin azalmasına səbəb olmuşdur. Kənd təsərrüfatı məqsədləri üçün yeni sahələrin istifadəsi isə qalan ekosistemlərə dağıdıcı təsir edir. Gələcəkdə ərzaq məhsullarının istehsalının artırılması təbiətin məhv edilməsi hesabına baş verməməlidir. 2010-cu ilə kimi biomüxtəlifliyin itməsinin müasir sürətinin kifayət qədər azaldılmasına nail olmaq zəruridir.

İçməli su.
İçməli suyun çatışmazlığı cəmiyyətin davamlı inkişafı üçün ən ciddi maneədir. Gözlənilir ki, bu neqativ tendensiya gələcəkdə də davam edəcək və 2025-ci ildə dünya əhalisinin hər iki nəfərindən birinə içməli su çatmayacaqdır. Konfrans 2015-ci ilə kimi içməli suya ehtiyacı olan, eləcə də öz gigiyenik tələblərini ödəmək üçün su çatışmazlığı ilə üzləşənlərin sayını iki dəfə azaltmağı bir vəzifə kimi müəyyənləşdiribdir.

Sağlamlıq.
İnkişaf etməkdə olan ölkələrdəki ölüm hadisələrinin böyük hissəsinin qarşısını almaq olar. Yaxın illərdə bəşəriyyət xəstəliklərlə mübarizəyə daha çox vəsait ayırmalı və böyük səy göstərməlidir. 2015-ci ilə kimə olan bilavasitə vəzifə 2000-ci ildə qeydə alınan 5 yaşlı uşaqlar arasında ölüm hallarının səviyyəsinin 2/3-ni, yeni doğulanlar arasındakının isə 3/4-nü azaltmaqdan ibarətdir.

Enerji.
Enerjinin bütün növlərindən istifadə fasiləsiz olaraq artır. Etibarlı, davamlı və ekoloji enerji mənbələrindən istifadənin asanlaşdırılması, eləcə də enerjinin effektivliyi üzrə milli proqramların hazırlanması növbəti 10-15 ilin ən vacib vəzifəsi olacaqdır.

Meşələr.
Meşələrin sahəsi hər şeydən öncə kənd təsərrüfatının inkişafına görə azalır. Yaxın illərin böyük əhəmiyyətli vəzifəsi meşə massivlərinin özünü bərpası və idarə edilməsinin yaxşılaşdırılması olacaqdır.

İqlimin dəyişməsi.
Neftdən istifadə daim artır. Konfrans inkişaf etmiş ölkələrdə istixana qazlarının buraxılması normalarını müəyyən etmək məqsədilə Kioto protokolunun tələblərinə əməl edilməsinin zəruriliyini qeyd etmişdir.

Konfransın müəyyən etdiyi, bilavasitə bəşəriyyət qarşısında duran vəzifələr aşağıdakılardır:

• Davamlı inkişaf konsepsiyasının yaxşı dərk edilməsinin zəruriliyi və müvafiq institutların əlaqələrinin beynəlxalq, regional və milli səviyyədə möhkəmləndirilməsi;

• Vətəndaş cəmiyyətinin rolunun sonrakı təsdiqi, xüsusi və ictimai sektorlar arasındakı əməkdaşlıq təşəbbüslərinin həvəsləndirilməsi.

Xəbərlər
Forum
Linklər
Saytın xəritəsi
Bizimlə əlaqə
Yaşıl Paket
Layihələr
Əsas prinsiplər
D.I.I.B. haqqında
Ana səhifə
Xəbərlər